Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında Kremldə keçirilən görüşün əvvəlində qəfildən telefon zəngi çalınıb.
Teleqraf.com-un xəbərinə görə, məlum olub ki, Almaniya hökumətinin başçısı cib telefonunu söndürməyi unudub.
Rusiya liderinin salamlama çıxışı zamanı zəng melodiyası eşidilib, ilk anda səsə kimin necə reaksiya verdiyi bilinməyib. Sonra Merkel telefonu cibindən çıxarıb və açıq şəkildə söndürüb, yaxud səssiz rejimə keçirib.
Putin bu hadisəyə diqqət yetirdiyini göstərməyib və çıxışına davam edib.