25 Avqust 2021 15:31
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida qıtlığı yaşayan Şimali Koreyada dövlət televiziyası artıq çəkinin təhlükələri haqqında cizgi film yayımlamağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “NKNews” məlumat yayıb.

Süjetin mərkəzində biri həddindən artıq çəkili, digəri isə sağlam həyat tərzinə riayət edən iki qız obrazı dayanır. Personajlardan biri tramvaydan istifadə etməyi piyada gəzməkdən üstün tutur və ləzzətli qəlyanaltıları sevir. Nəticədə yemək komasına düşür, arıq dostu onu oyatmağa çalışır.

Şimali Koreya lideri Kim Çen In iyun ayında ölkədə ehtimal olunan aclıq təhlükəsi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, 2020-ci ildə baş verən təbii fəlakət səbəbindən qida ilə bağlı ciddi çatışmazlıq yaranıb. Hökumət bu ayın əvvəlindən etibarən ordunun ehtiyatlarından əhaliyə düyü verməyə başlayıb.

BMT-nin hesabatına görə, şimali koreyalıların 42 faizi ötən il normadan çox aşağı qidalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər