Qazaxıstanın Jambıl vilayətində yerləşən hərbi hissənin silah-sursat anbarında baş verən partlayışda həyatını itirənlərin sayı 9-a çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Jambıl vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissədə baş verən partlayış nəticəsində son məlumatlara görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin, hərbi hissənin, hərbi prokurorluğun əməkdaşları və hərbiləşdirilmiş gözətçilər də daxil olmaqla ümumilikdə doqquz nəfər həlak olub. Həlak olanların şəxsiyyəti müəyyənləşdirilir ”, - deyə TASS bəyanatdan sitat gətirir.
Daha əvvəl partlayış nəticəsində 5 nəfərin həlak olduğu bildirilmişdi.
Avqustun 26-da axşam saatlarında Jambıl vilayətində hərbi hissənin anbarında baş verən yanğın silah-sursatın partlamasına səbəb olub.