29 Avqust 2021 11:39
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapurda əhalinin 80 faizi "COVID-19" əleyhinə tam peyvənd kursunu bitirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə naziri He Ye Kun bildirib.

"Yeni bir mərhələ keçdik - sakinlərimizin 80 faizi peyvəndin iki komponentinin tətbiqindən ibarət tam vaksinasiya kursunu başa vurub", nazir "Facebook" səhifəsində yazıb.

Sinqapur yüksək əhəmiyyətli beynəlxalq dəniz qovşağıdır. 5.7 milyon əhalisi olan şəhər-ölkədə pandemiya dövründə sərt karantin sayəsində 67.2 min koronavirus infeksiyasına yoluxma halı aşkar edilib, 55 nəfər virusun törətdiyi nəticələrindən dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər