ABŞ-ın iki gün əvvəl İŞİD-in “Horasan” qanadının liderlərini vurmaq üçün Kabildə həyata keçirdiyi əməliyyatın faciəvi nəticəsi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı vəfat edən 10 nəfərdən 7-si uşaq olub.
Ölən 10 nəfərlik ailənin bir üzvünün isə ABŞ ordusunda uzun illər tərcüməçilik etdiyi və təxliyə üçün növbə gözlədiyi ortaya çıxıb.
ABŞ Kabil hava limanı yaxınlığındakı evi dronla vurduqdan sonra bəyan etmişdi ki, İŞİD-in sui-qəsd qrupunu öldürüb, hansı ki onlar hava limanında partlayış törətmək planlayırmış.
Ancaq vurulan evdə 6 ildir ki, ABŞ ordusuna tərcüməçilik edən 30 yaşlı Nəsir və ailəsi yaşayırmış.