Əfqanıstanın Pəncşir əyalətində Taliban və Əhməd Məsudun başçılıq etdiyi yerli qüvvələr arasında genişmiqyaslı münaqişə ehtimalı artır.
Teleqraf.com xəbər verir ki, Pəncşirdəki yerli qüvvələrin sözçüsü Fəhim Dəşti bölgəni mühasirəyə alan Talibanla qarşıdurma yaşandığını açıqlayıb.
O, toqquşmalarda 7 Taliban üzvünün öldürüldüyünü, 2-nin yaralandığını bildirib.
Bundan sonra Talibanın Pəncşir ətrafına əlavə qüvvələr göndərdiyi və bir hərbi vertolyotun onları müşayiət etdiyi bildirilib.
Taliban liderlərindən biri Əmirxan Müttəki Pəncşirdəki qüvvələrlə sülh danışıqlarında nəticənin olmadığını açıqlayıb.
Pəncşir Əfqanıstanda Talibanın təslim olmayan yeganə əyalətdir.