3 Sentyabr 2021 10:42
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Əfqanıstanda etdiyi son iki əməliyyatın peyk görüntüləri yayılıb.

Teleqraf.com Qərb mediasına istinadən xəbər verir ki, MKİ Əfqanıstandakı son bazasını boşaldarkən iki əməliyyat həyata keçirib.

ABŞ əsgərləri Əfqanıstanda buraxdıqları avtomobil və cihazların çoxunu istifadəyə yararsız hala gətirib.

Qərb mediası ABŞ əsgərlərinin “məhv etmə” əməliyyatını qabardıb və bəzi detallar verilib.

“Məxfi təxliyələr və nəzərdə tutulan dağıtma”adlı yazıda bazanın peyk görüntüləri də əks olunub.

Təlim, işgəncə və saxlama mərkəzi kimi istifadə olunan bazadakı iki bölmə aprel ayından bu yana olan dövrdə partladılıb. Həmçinin buradakı sənədlər və disklər məhv edilib.

Bazadakı helikopter meydanına ümumiyyətlə toxunulmayıb. MKİ gizli təxliyə üçün istifadə etməyi planlaşdırdığı helikopterlərdən məhz bu meydançadan istifadə edib. Kabil hava limanında təxliyələr aparılarkən, kampusda çox sayda ABŞ avtomobili də sıraya düzülübmüş.

Xəbərə görə, Kabil hava limanında təxliyələr aparılarkən baza meydançasına gedən yollarda normal saydan xeyli çox maşın sıraya düzülüb. Bu şəkildə Taliban nəzarət -buraxılış məntəqələrindən qaçırılan şəxslər vertolyotlarla hava limanına aparılıb. MKİ avqustun 28-də bazanı boşaldıb. Avqustun 30 -da bazaya daxil olan Taliban üzvlərinə dəmir və kül yığınına çevrilən silah anbarları qalıb.


Müəllif: Cavad

Oxşar xəbərlər