Ötən aylarda 2 mindən çox mülki vətəndaşın öldürüldüyü Qəzza hücumlarından sonra İsrail prezidenti Reuven Rivlin tragikomik bəyanat verib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rivlin İsrailin çətin dönəmdə yaşadığını deyib:
“Çətin bir məkanda yaşadığımızı inkar etmirəm. Amansız qətllər və işgəncələr ətrafımızı bürüyüb. Uşaqlarımızı, qardaşlarımızı, yoldaşlarımızı itiririk. Yerləşdiyimiz region ədalətdən uzaqdır, ümumiyyətlə, amansız və mərhəmətsizdir. Şiddət lənətlənməlidir və təcrid edilməlidir. Şiddət İsrailin mənimsədiyi bir yol deyil”.
Samir