Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçyev təlim zamanı həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.
O, idarələrarası təlimlərdə bir insanın həyatını xilas edərkən bədbəxt hadisə nəticəsində həyatını itirib.
Qeyd edək ki, Y.Ziniçev 2018-ci ildə fövqəladə hallar naziri təyin olunmuşdu.