Parisdə 130 nəfərin ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olan 2015-ci ilin 13 noyabrındakı terror aktı ilə bağlı əsrin məhkəmə prosesinə start verilib.
Teleqraf.com xəbər verir ki, 2015-ci ildə dünyanı şoka salan bu terroru edənlər içərisində sağ qalan yeganə şəxs Salah Abdeslam da ittihamçılar kürsüsündə yer alır.
Hakim Abdeslamdan özünü təqdim etməsini istəyib. Peşəsini soruşduqda isə bildirib ki, bu addımı İŞİD döyüşçüsü olmaq üçün həyata keçirib. O, həmçinin valideynlərinin adını çəkməkdən imtina edib.
Qeyd edək ki, bu məhkəmə prosesində 20 nəfər ittiham edilir. İttiham aktı 542 səhifədən ibarətdir. 1800 nəfərdən çox iddia qaldıran var. Prosesdə iştirak edən vəkillərin sayı isə 330 nəfərdir.