Rusiya qoşunlarının və hərbi texnikasının Ukraynanın Donetsk vilayətində olması ilə bağlı video yayılıb.
Teleqraf.com-un məlumatına görə, Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi texnika Donetsk vilayətində irəliləyir.
ABŞ dövlət departamentinin sözcüsü Cen Psaki məsələ ilə bağlı açıqlama verib. O, bildirib ki, Rusiya Ukrayna ilə bağlı yürütdüyü siyasətindən əl çəkməzsə, rəsmi Moskva bunun bədəlini çox pis ödəyəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl NATO bəyan etmişdi ki, Rusiya qoşunlarının Ukraynada olması ilə bağlı dəqiq məlumatlar əldə ediblər. Rəsmi Kiyev də açıqlama vermişdi ki, Rusiya tankları Ukraynaya daxil olub.