İraq ordusunun Səlahəddin və Diyala vilayətlərində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyatlarında 45 döyüşçü öldürülüb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyindən yazılı açıqlama verilib.
Öldürülənlər arasında İŞİD-in 4 yüksək rütbəli komandirlərinin olduğu qeyd edilir. Bundan başqa hücumlar zamanı terror təşkilatına məxsus 10 zirehli texnika və 42 mina zərərsizləşdirilib.
Rəsmilər əməliyyatlarda çoxlu sayda terrorçunun yaralandığını bildirirlər.
Samir