Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, zərərsizləşdirilən terrorçular "Sülh bulağı" əməliyyatı ərazisində terror aktı hazırlayırmışlar.
Qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri regionda sülhün və sabitliyin təmin edilməsi üçün tədbirləri davam etdirəcək.