Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə XİN-in Ukraynanın federasiyaya “ilhaq” edilmiş Krım bölgəsində keçirilən parlament seçkilərini tanınmaması ilə bağlı açıqlamasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Zaxarova Rusiyanın bu kimi açıqlamalardan nəticə çıxardığını deyib.
“Rusiya bundan müvafiq nəticələr çıxarır. Türkiyə Krımın Rusiya Federasiyasının suveren hissəsi olduğunu çox yaxşı bilir”, - Zaxarova qeyd edib.
Türkiyə Xarici İşlər Nazirliyi bundan əvvəl Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkilərin qanuni olmadığını bildirib. XİN Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Krımın Rusiyaya ilhaqını qanunsuz hesab etdiyini vurğulayıb.