1991-ci ildə İraqdan oğurlanan və 1997-ci ildə qanunsuz yollarla ABŞ-a aparılan 3600 illik tarixə malik Gilqamış dastanına məxsus şeir parçasının olduğu qədim daş parçası geri qaytarılacaq.
Teleqraf.com xəbər verir ki, tarixi əsərin sabah rəsmən İraqa qaytarılmasına dair rəsmi tədbir keçiriləcək.
Qeyd edək ki, sözügedən tarixi ədəbiyyat nümunəsi Gilqamış dastanına aid Şümmer şeirinin parçasıdır. Gilqamış dastanı isə dünyada bəlli olan ən qədim dini mətinlərdən biri sayıla bilər.
Qeyd edək ki, ABŞ-a qanunsuz aparılan bu nadir tarixi nümunə 2019-cu ildə Ədliyyə Nazirliyi tərəfindən müsadirə edilib.
Bildirilir ki, sentyabrın 23-də əsərin parçası İraq hökumətinə təhvil veriləcək.