26 Sentyabr 2021 19:58
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə COVID-19-a yoluxmanı əhəmiyyətli dərəcədə azaldan yeni virus əleyhinə burun spreyi hazırlanıb.

Teleqraf.com xəbər verir ki, spreyin koronavirusa qarşı 8 saatlıq müdafiə təmin etdiyi bildirilib.

Elm adamları PHOXWELL-in köhnə normal həyata qayıdışımızı sürətləndirə biləcəyini deyirlər.

Spreyi hazırlayan “Raphael Labs” şirkətinin rəhbəri, professor Rakeş Uppal bunun əhəmiyyətli dönüş nöqtəsi olduğunu söyləyib: “İndi pandemiya ilə mübarizə üçün təsiredici vasitəmiz var”.

Sözügedən sprey koronavirusun yaz dalğasının ən yüksək vaxtında Hindistanda peyvənd edilməmiş 600-dən çox tibb işçisinin üzərində sınaqdan keçirilib. PHOXWELL qəbul edənlərin 45 gün ərzində COVID-19-a yoluxma ehtimalının püskürtülməmiş həmkarlarına ilə müqayisədə üç dəfə az olduğu üzə çıxıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər