Taliblər şəriətə zidd maddələr istisna olmaqla, Əfqanıstanın sonuncu şahı olmuş Zahir-Şahın dövründəki konstitusiyadan istifadə ediləcək.
Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın ədliyyə naziri vəzifələrini icra edən Əbdül Hakim Şəriə bildirib. Bir müddət öncə müvəqqəti hökumətin mədəniyyət və informasiya naziri Zabiullah Mücahid deyib ki, Taliban hərəkatı gələn il ölkənin yeni konstitusiyanın hazırlanması üçün komissiya formalaşdırmağı planlaşdırır.
Xatırladaq ki, avqustun 15-də Taliban hərəkatı paytaxt Kabilə döyüşsüz daxil olraq hakimiyyəti tam ələ keçirib. Ölkə Prezidenti Əşrəf Qani öz postunu tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb.