Rusiyanın nəhəng qəlyanaltı istehsalçısı “KDV Qrupp” holdinqi Ukrayna Prezidenti Pyotr Poroşenkoya məxsus “Roşen” korporasiyasının səhmlərini almağa çox yaxındır.
Axar.az xəbər verir ki, bu barədə “Forbes” öz yaxın mənbələrinə istinadən məlumat yayıb.
Holdinq “Roşen”in böyük həcmdə gəlir gətirən Lipetskdəki fabriki ilə də maraqlandığını təsdiq edib. Bu fabrikin 2013-cü ildəki gəliri əvvəlki illərə nisbətən 23 faiz artaraq 2.16 rubl olmuşdu. Hazırda “Roshen”in Rusiya qənnadı bazarındakı payı 7 faiz təşkil edir.
“KDV Qrupp”un rəhbəri tomsklu sahibkar Denis Ştengelyovdur. 1994-cü ildə qurulan şirkətin illik gəliri 43.4 milyard rubla bərabərdir.
Qeyd edək ki, prezident seçildikdən sonra Pyotr Poroşenko “Roşen”i satacağına söz vermişdi. Hazırda şirkət “Prime Assets Capital” fondunun nəzarəti altındadır. Səhmlərin hazırlıq prosesinə “Rothshild Cie” məşğul olur.