Hindistan donanması üç illik gecikmədən sonra aldığı “INS Visakhapatnam” esminesini noyabr ayında istifadəyə verəcək.
Teleqraf.com xəbər verir ki, “Times of India” Hindistanın 4 esminesdən artıq birini təhvil aldığını yazıb.
Ötən günlərdə donanmaya təhvil verilən gəmi noyabrda xidmətə başlayacaq.
Bir neçə il ərzində təhvil alınacaq 4 gəmidə həmçinin “BrahMos” qanadlı raketi və İsrailin təyyarələrə qarşı istifadə etdiyi yeni nəsil “Barak” raket sistemləri kimi bəzi silahlar da olacaq.
Xəbərdə Hindistanın 470 milyon dollar dəyərində 4 esminesini, Çinin isə 10 döyüş gəmisini inventarına daxil etməyə çalışdığı bildirilib.
Hindistan donanması 2027-ci ilə qədər 170 döyüş gəmisini 175-ə çatdırmağı hədəflədiyi halda, bölgənin digər gücü olan Çinin artıq 350 döyüş gəmisi və sualtı gəmisi var. Bu rəqəmlərlə ABŞ-dan daha çox dəniz vasitələrinə sahib olan Çin texnoloji cəhətdən Amerikadan geri qalır.
Hindistanın baş qərargah rəisi Bipin Ravat hind ordusunun daim dənizlər və sərhədlərdə “həyəcan” siqnalı verməsinin səbəbi kimi, Çin və Pakistan kimi qonşuların “ərazi ambisiyaları”nı göstərib.
Ravat keçmiş baş nazirin müavini Sərdar Patelin Çin və Hindistan arasında “müstəqil Tibet”in zəruriliyi ideyasını xatırladıb.
“Çin və Pakistanın ərazi ambisiyaları Hindistan silahlı qüvvələrinin ayıq-sayıq qalmasını və il boyu mübahisəli sərhədlərdə və sahilyanı ərazilərdə yerləşdirilməsini tələb edir”, - hindli general bildirib.