3 Noyabr 2021 10:59
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaş ölkədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə “Şərqi Aralıq dənizi-2021 Dəvət” təlimi başlayıb.

Teleqraf.com xəbər verir ki, Mərmərə dənizindəki Aksaz dəniz bazasında TCG Bayraqdar gəmisində keçirilən brifinqdə polkovnik Guneyt Talayman təlimlərin noyabrın 12-nə qədər davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, təlimlərə 10 ölkədən 35 gəmi və 5 min hərbi personal qatılıb.

Polkovnik təlim çərçivəsində 2023 və 2028-ci illərdə NATO Müdaxilə Gücü (NRF) tərkibində Dəniz Komponent Komandanlığı kimi mühüm vəzifəni üzərinə götürməsi planlaşdırılan Türk Dəniz Qüvvələrinin müşahidə edilməsinin hədəfləndiyini vurğulayıb.

Təlimə Bəhreyn, İraq, İordaniya, Liviya, Nigeriya, Pakistan, Oman və Ukraynadan 11 müşahidəçinin də qatıldığını bildirən polkovnik Talayman 7-10 noyabrda müharibə və böhranın idarə olunmasının ssenarisinin eyni anda icra ediləcəyini açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər