14 Noyabr 2014 17:05
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan konstitusiya məhkəməsi ölkənin Avroasiya İqtisadi Birliyinə (AİB) qoşulması məsələsini müzakirə edib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, sənəd ratifikasiya üçün parlamentə göndərilib.

Ermənistana qədər Rusiya, Belarus və Qazaxıstan 2015-ci ilin yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqaviləni bu ilin may ayında ratifikasiya edib. Ermənistan isə oktyabrın 10-da Minskdə birliyinə qoşulmaq haqqında qanunu imzalayıb.

Bununla yanaşı, qərara etiraz olaraq Konstitusiya məhkəməsinin binası önündə etiraz aksiyası keçirilir. Nümayişçilər qərarın yerli konstitusiyaya zidd olduğunu qeyd edirlər. Etirazçılar arasında “Milli müqəddəratı təyinetmə” birliyinin lideri Paruyr Ayrikyan və parlamentinin keçmiş deputatı, qərbyönümlü "İrs" partiyasının üzvü Stepan Safaryan da var.

Qeyd edək ki, Ermənistanda AİB-ə qoşulmaqla bağlı məsələyə fərqli fikirlər mövcuddur. Ancaq əhalinin əksəriyyəti bu qanuna qarşı çıxır.

Samir


Müəllif:

Oxşar xəbərlər