10 Noyabr 2021 10:25
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Belarus-Polşa və Belarus-Latviya sərhədində insan böhranı yaşanır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hazırda bir neçə min qaçqın Belarus-Polşa sərhədindəki Bruzgi sərhəd qapısına dayanıb.

Avropa Birliyi Belarus Prezidenti Aleksandr Lukaşenkonu insanlardan siyasi məqsədlər naminə istifadə etdiyini iddia edib.

Almaniya daxili işlər naziri Horst Şehofer Avropa Birliyini bu məsələdə həmrəylik göstərməyə və Polşa ilə Belarus sərhədini təhlükəsizlik altına alınması üçün yardım etməyə çağırıb.

Nazir deyib ki, Polşa və ya Almaniya bunu təkbaşına edə bilməz.

“Polşa hökumətinin xarici sərhədləri qorumasına kömək etməliyik. Bu, əslində Avropa Komissiyasının vəzifəsi olacaq. İndi onları hərəkətə keçməyə dəvət edirəm.

Qeyd edək ki, hazırda Avropa Birliyinin şərq sərhədlərində bir neçə min qaçqın toplaşıb. Onlar əsasən İraqdan olan qaçqınlardır.


Müəllif: Nemət

Oxşar xəbərlər