12 Noyabr 2021 09:58
3 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə qorxusu ilə ABŞ-ın “arxa bağçası”na çevrilməyə başlayan Yunanıstanda mətbuat başda raket sistemləri olmaqla yeni addımlardan yazıb.

Teleqraf.com “Hüriyyət”ə istinadən xəbər verir ki, yunan mətbuatında ölkə hərbi qüvvələrinin mümkün qarşıdurmada türk ordusu və sahildəki infrastrukturu hədəfə alacağını iddia olunub.

Məlumatda qeyd olunub ki, Fransa iyul ayında Yunanıstan ordusuna dörd “Exocet” reaktiv yaylım atəşi sistemi ilə təchiz edilmiş bir sıra sahil raket sistemlərinin tədarükünü təklif edib:

“Fransanın mobil sahil müdafiə sistemi “Exocet” dəniz ərazisinə girişi əngəlləmək, sahil təhlükələrini və yerüstü bölmələri zərərsizləşdirmək imkanları ilə sürətli hərəkət edən raketləri təmin edir.

Sistem bütün dünyada fəaliyyət göstərən EXOCET MM40 BLOCK 3 raketinin ən son versiyasına əsaslanır. Raketin çəkisi 780 kq, uzunluğu 6 metrdən az, diametri isə 350 mm-dir. Onun əməliyyat məsafəsi 200 km-dir.

İkincisi, ABŞ-ın 150 km-dən çox təsirli mənzilə malik ən müasir “Block IVA” raketləri Afinaya təklif olunub. 150 km-dən çox mənzilli raket sistemlərinin əldə olunması artıq milli tələbə çevrilib.

Bütün bunlar Baş Qərargahın Hərbi Şurasının iclasında nəzərdən keçirilir və burada həm ABŞ-ın təklifi, həm də strateji əhəmiyyətli uzaqmənzilli raketlərlə bağlı qalan məsələlər müzakirə olunur.

Amerikanın 150 kilometrdən çox məsafədə hədəfi zərərsizləşdirmək qabiliyyətinə malik GMLRS-ER sistemləri də gündəmdədir. Eyni zamanda Yunanıstanda “RM-70 Vampire” buraxılış qurğusu sınaqdan keçirilir.

Sistem Yunanıstana Çexiyadan Baş Qərargah zabitlərindən ibarət komitəyə nümayiş etdirmək üçün gətirilib. “RM-70 Vampire” sistemi atış poliqonunda qiymətləndiriləcək və sınaqdan keçiriləcək.

Yeni Serb raketləri də sınaqdan keçirilir, Yunanıstanın “RM-70” raket sistemlərinin uçuş məsafəsi 20 km-dən 40 km-ə çatdırılması planlaşdırılır.

150 km-dən çox mənzilli yer-yer tipli raketlərin tədarükü Türkiyə donanmasının Egeydəki fəaliyyətlərinə qarşı istifadə edilməlidir.

Bütün bu silah sistemlərinin yeni və daha təkmil yerüstü versiyaları müharibə vəziyyətində Türkiyənin yerüstü bölmələrini hədəf alacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər