Türkiyə Ukraynadan S-125 (NATO-dakı adı SA-3Coa) hava müdafiə sistemləri alıb.
Teleqraf.com xəbər verir ki, bunu Ukrspecexportun direktoru Vadim Nozdrya deyib.
“Türkiyə-Ukrayna Müdafiə Sənayesi Əməkdaşlığı” adlı panel Saha Expo sərgisi çərçivəsində keçirilib.
Paneldə Türkiyə tərəfinin Ukraynadan tədarük edilən sistemlər haqda danışan Nozdrya bildirib ki, Türkiyə Ukraynadan S-125 hava müdafiə sistemləri alıb: “Sentyabrda təslim edilən sistem təcili ehtiyac çərçivəsində tədarük edilib”.
Qeyd edək ki, S-125 ortamənzilli hava müdafiə raket sistemidir. Sistemin istifadə etdiyi bərk yanacaqlı hava hücumundan müdafiə raketləri radio dalğaları vasitəsilə hədəfə yönəldilir.