18 Noyabr 2021 11:28
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yeni hökumətin qurulması ilə Kansler Angela Merkelin 16 ildir oturduğu kreslodan qalxacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, Merkelin pensiya tələbləri isə ölkədə müzakirələrə səbəb olub.

Almaniyada keçmiş kanslerlərinin ofis xərclərini hökumət ödəyir. Amma ofisdə maksimum 5 nəfərin işləməsinə icazə verilir. Merkelin 9 nəfəri işə götürmək tələbi parlament komitəsi tərəfindən təsdiqlənib.

“Bild” Merkelin hökumətdən ayda 15 min avro alacağı, ofisində isə 9 nəfərin işləyəcəyini yazıb. İşçilərin maaşı orta hesabla 10 min avro olacaq.

Merkel isə 15 min avro maaş alacaq. Digər əşyalarla birlikdə ofisin xərcləri ayda 100 min avronu keçəcək.

Parlamentdəki Azad Demokratlar Partiyası və Yaşıllar bu tələbi “israfçılıq” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər