15 Noyabr 2014 13:33
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika (BRİKS) ölkələrinin liderləri növbəti dəfə 2015-ci il iyulun 8-9-da Rusiyanın Ufa şəhərində keçiriləcək sammitdə bir araya gələcəklər.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkə liderlərinin Avstraliyada keçirilən G20 sammiti çərçivəsində baş tutan görüşündə qərara alınıb.

Görüşdə çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun rəhbərlik etdiyi hökumət ölkələr arasında investisiya əməkdaşlığının yol xəritəsi və iqtisadi tərəfdaşlıq strategiyası layihələrini üzərində işlərini davam etdirir. O həmçinin BRİKS-ə üzv ölkələr arasında əməkdaşlığın daha da genişlənəcəyinə yönəlik addımların davam edəcəyini qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər