27 Noyabr 2021 22:35
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York ştatında COVID-19 pandemiyası ilə mübarizə səbəbilə fövqəladə vəziyyət elan olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə ştatın qubernatoru Keti Xoçul qərar qəbul edib.

Qış aylarında virusa yoluxma hallarının artacağı gözlənildiyi üçün yanvarın 15-dək fövqəladə vəziyyət davam edəcək.

Qərar 3 dekabrdan qüvvəyə minəcək.

Qeyd edək ki, Nyu-York ştatında ilk dəfə 2020-ci ilin martında koronovirusa görə elan edilən fövqəladə vəziyyət 2021-ci ilin iyun ayının sonunda başa çatmışdı.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər