3 Dekabr 2021 08:45
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salvador Hərbi Hava Qüvvələrinə məxsus təyyarə sahil zolağında qəzaya uğrayıb. Silahlı Qüvvələrdən verilən məlumata görə, göyərtədə ölkənin müdafiə nazirinin oğlu olub.

Teleqraf.com xəbər verir ki, təyyarə sahil zonasında tapşırıq yerinə yetirib. Hazırda üç ekipaj üzvünün, o cümlədən müdafiə naziri Merino Monroyun oğlu leytenant Xerardo Merinonun axtarışları aparılır.

Yerli KİV-lərin məlumatına görə, qəzaya Baron 55 Beechcraft modelli təyyarə uğrayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər