17 Noyabr 2014 11:24
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcəklər.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, Avstraliyada keçirilən “Böyük iyirmilik” liderlərinin sammitində Rusiyanın Ukraynaya qarşı siyasətində dəyişikliyin olmadığı təqdirdə sanksiyaların genişləndirilməsi təklif edilib. Bu gün keçiriləcək iclasda üzv ölkələrin məsələyə münasibəti, həmçinin qadağaların tətbiq olunacağı sahələr dəqiqləşdiriləcək.

Qeyd eədk ki, Avropa Birliyi Rusiyaya qarşı ilk sanksiyaları mart ayından tətbiq etməyə başlayıb. Sentyabr və oktyabr ayında isə təklif olunan qadağalara bir sıra rus şirkətlərinin də adı əlavə olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər