6 Dekabr 2021 12:35
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin dövlət başçısı Si Cinpin ölkədə dini inancların “çinliləşdirilməsi”nə və sosial birliyə nail olmaq üçün bundan səmərəli istifadəyə çağırış edib.

Teleqraf.com xəbər verir ki, Cinpin ölkədəki dini inancların sosialist cəmiyyətə uyğunlaşdırılmasının və bunun effektiv şəkildə idarə olunmasının vacib olduğunu bildirib.

“Çinliləşdirmə” anlayışını “vətənpərvərlik” adlandıran dövlət başçısı dini inancların ölkəni idarə edən Kommunist Partiyası və Çin sosializminə sədaqəti gücləndirməli olduğunu da deyib.

Cinpin partiyanın kadrlarına ölkə idarəçiliyində dini inancların əhəmiyyətini dərk etməyi tövsiyə edib:

“Biz Çin xüsusiyyətlərinə malik sosialist dini nəzəriyyələri dəstəkləməli və inkişaf etdirməliyik. Dinin çinliləşdirilməsi çərçivəsində dinar kütlələri partiya və hökumətin ətrafında birləşdirməkdə israrlı olmalı, təsiredici və sağlam dini əlaqələr qurmalıyıq”.

O, “çinliləşdirmə”ni davam etdirəcəyinə söz verib.


Müəllif: Mənsur Rəğbətoğlu