6 Dekabr 2021 14:27
2 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Kosmik Qüvvələrinin generalı Devid Tompson Çinin artan hərbi kosmik potensialı barədə xəbərdarlıq edib.

Teleqraf.com-un məlumatına görə, general Tompson bildirib ki, Çinin 2020-ci illərin sonunda kosmosda lider olacağını düşünmürəm, lakin onlar inanılmaz sürətlə irəliləyirlər.

ABŞ Kosmik Qüvvələrinin əməliyyatlar üzrə rəis müavini general Devid Tompson Çinin artan hərbi kosmik potensialı ilə bağlı etiraf kimi açıqlamalar verib.

Çinin kosmosda ilk zərbə qabiliyyətinə malik olub-olmaması ilə bağlı suala Tompsonun cavabı “potensial var” şəklində olub. Tompson əlavə edib ki, Kosmik Qüvvələrin yaradılmasının səbəblərindən biri də budur: “2020-ci illərin sonunda onların kosmosda lider olmalarının proqnozlaşdırıla bilən bir nəticə olduğunu düşünmürəm, lakin onlar inanılmaz sürətlə irəliləyirlər”.

Qeyd edək ki, ABŞ Kosmik Qüvvələri Komandanlığı keçmiş prezident Donald Tramp tərəfindən Milli Müdafiə Səlahiyyət Aktı kimi tanınan 2020-ci il müdafiə büdcəsinin təsdiqi ilə rəsmi olaraq yaradılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər