“Rusiyanın Ukraynaya hücumu strateji səhv olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündən sonra İngiltərə Xarici İşlər naziri Liz Truss deyib.
Onun sözlərinə görə, Ukraynanın bu gün üzləşdiyi vəziyyət Kremlin əvvəllər də həyata keçirdiyi taktikalarla əlaqədardır.
Truss Rusiyanın demokratik qonşularına nəzarət etmək üçün sabitliyi pozmağa çalışdığını vurğulayıb.
“İngiltərə NATO və Avropadakı tərəfdaşları ilə birlikdə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək. Biz sərhədlərinin müdafiəsində müttəfiqlərimizin yanındayıq. Rusiyanı gərginliyi azaltmağa və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Rusiyanın hücumu strateji səhv olardı və bunun ağır nəticələri ola bilər”, - nazir qeyd edib.