11 Dekabr 2021 12:05
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO və Fransa Rusiyaya diplomatiyaya qayıtmaq çağırışı edib. Ukraynaya qarşı hər hansı bir hərbi müdaxilənin ciddi nəticələr yaradacağı ilə bağlı Moskvaya xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, xəbədarlıq NATO baş katibi Yens Stoltenberq və Fransanın xarici işlər naziri Jan Le Drianla görüşü zamanı edilib.

Stoltenberq və Le Drian Rusiyanı gərginliyi azaltmağa çağırıb. Fransa xarici işlər naziri xəbərdarlıq edib ki, Ukraynanın bütövlüyünə hər hansı hücum böyük strateji nəticələrə səbəb olacaq.

Stoltenberq alyansın Ukraynanın NATO üzvlüyünə verdiyi dəstəyin dəyişmədiyini də vurğulayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər