14 Dekabr 2021 22:28
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi, 62 yaşlı Yens Stoltenberq vətəni Norveçin Mərkəzi Bankının rəhbəri postu üçün bu quruma müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Norveçin NTB xəbər agentliyinə danışıb.

“Noyabr ayında Maliyyə Nazirliyi mənimlə əlaqə saxladı və bu vəzifəyə müraciət etməyi düşünüb-düşünmədiyimi soruşdu. Bundan sonra müraciət etdim. Bu, mənim çox həvəs göstərdiyim işdir”, - Stoltenberq deyib.

Martın 1-dən başlaması planlaşdırılan bu vəzifə üçün müraciət edən Stoltenberq vəzifəyə qəbul olunsa belə, əlahiyyət müddəti bitənədək - 2022-ci ilin sentyabrına qədər NATO-nun baş katibi postunda qalacağını bildirib.

Bu vəzifə üçün “Norges” bankın vitse-prezidenti İda Volden Bax da daxil olmaqla 22 nəfər müraciət edib.

2000-2001 və 2005-2013-cü illərdə Norveçin baş naziri postunu tutan Yens Stoltenberq 2014-cü ildən NATO-nun baş katibidir. O, iqtisadi sahə üzrə təhsil alıb. Stoltenberq ölkəsində maliyyə naziri kimi digər dövlət vəzifələrində də çalışıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər