18 Dekabr 2021 23:57
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Somoli iqlim dəyişikliyi və yağıntı rejiminin dəyişməsi səbəbindən tez-tez quraqlıq fəlakətləri ilə üzləşir”.

Teleqraf.com xəbər verir ki, bunu Somalinin Kənd Təsərrüfatı və Suvarma naziri Səid Husen Lid bildirib.

O, ölkəsinin böyük investisiyalar və bəndlərlə bu problemin öhdəsindən gələ biləcəyini deyib: “Bu fəlakətlərinin bir çarəsi var. Həll yolu dənizə axan suyu saxlaya bilmək, bəndlər qurmaq və böyük sərmayələr qoymaqdır. Beləliklə, heyvandarlıq da canlandırıla bilər".

Nazir Somalinin dünyada küncüt ixracatında əhəmiyyətli bir yerə sahib olduğunu vurğulayıb: “Somalidən Türkiyəyə edilən kiçik miqyaslı ixracatın böyük hissəsini küncüt təşkil edir. Bundan başqa qurudulmuş limon da ixrac edirik. Əvvəllər bir neçə dəfə etdiyimiz banan ixracatını yaxın gələcəkdə bərpa etdirəcəyik. Bizim ölkəmiz isə Türkiyədən daha çox ərzaq və tikinti materialları alır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər