Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Belarusda anadan olmuş rusiyalı kosmonavt Oleq Novitski ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Lukaşenko kosmonavta mükafat verib, eyni zamanda amerikalı astronavtlarla bağlı zarafat edib.
“Gələn dəfə lazım gələrsə, amerikalılarla gəlin, biz onları tez bir zamanda öyrədəcəyik, - Lukaşenko deyib.
O, kosmonavtdan Minskə Beynəlxalq Kosmik Stansiyadan (BKS) həmkarları olmadan tək gəlməsindən şikayətlənib.
Belarus prezidenti Novitski haqqında vətəni üçün hər şeyi edən və bunu düzgün edən “əsl slavyan” adlandırıb. O, nə vaxtsa Novitskinin yenidən Belarusa köçəcəyinə ümidini dilə gətirib.
Belarus lideri Novitskiyə “Xalqlar dostluğu” ordeni verib.