18 Noyabr 2014 11:43
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan alyansın bütün meyarlarına cavab verdikdən sonra mütləq NATO-nun üzvü olacaq.

Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika blokunun baş katibi Yens Stoltenberq Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşün yekunlarına dair mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, Gürcüstanın 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitində qəbul olunan meyarları təmin etməsi vacibdir.

Stoltenberq Gürcüstanı NATO-nun ən sadiq tərəfdaşlarından biri kimi qiymətləndirib: “Gürcüstan ən sadiq tərəfdaşlarımızdan biridir və o, NATO-nun sülhməramlı əməliyyatlarında böyük rol oynayır”.

Samir


Müəllif: