“Məhəmməd peyğəmbəri təhqir etmək sənət azadlığı deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransında deyib.
Vladimir Putin hesab edir ki, sənətdə azadlıq təmin edilməlidir: “Bu azadlıq başqa bir insanın azadlığını məhdudlaşdırdıqda inkişaf etdirdiyimiz məqsədlərlə müəyyən ziddiyyət təşkil edir.
Məhəmməd peyğəmbəri təhqir etmək sənət azadlığıdırmı? Məncə, bu, azadlıq deyil. Bu, dini etiqad azadlığının və müsəlmanların müqəddəs hisslərinin pozulmasıdır”.