5 Yanvar 2022 00:53
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada koronavirusa yoluxma hallarının statistikasında omikron ştammı digər variantları üstələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avstriya Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 2021-ci ilin sonuncu həftəsi gündəlik yoluxma hallarının əksəriyyətinin omikron ştammı ilə baş verdiyi və bu ştammın ölkədə dominant varianta çevrildiyi müəyyən edilib.

İlin son həftəsində 2915 nəfər delta ştammına, 4360 nəfər isə omikron ştammına yoluxub. Bununla da 2022-ci ilin əvvəlindən etibarən Avstriyada koronavirusa yoluxmaların mütləq əksəriyyəti omikron ştammı ilə baş verib.

Epidemioloqlar omikron ştammının yayılma sürətindən narahatlıq duyduqlarını deyiblər. Avstriyada omikron ştammına ilk yoluxma halı 47-ci təqvim həftəsində (22-28 noyabr) aşkarlanıb və həmin vaxt yoluxanların sayı 10 nəfər olub. 51-ci təqvim həftəsində (20-26 dekabr) bu göstərici 1905-ə, ilin sonuncu həftəsində isə 4360-a yüksəlib.


Müəllif: Teleqraf.com