Qazın bahalaşmasına etiraz edənlər Pavlodarda yerli hakimiyyət orqanının binasının yanındakı meydana toplaşıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin məlumatına görə, etirazçıların sayı onlarladır.
Bundan əvvəl bildirilmişdi ki, etirazçıların daxil olduğu Alma-Ata administrasiyasının binasında yanğın baş verib.
Daha sonra məlum olub ki, etirazçılar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Alma-Atadakı iqamətgahının ərazisinə soxulmağa cəhd ediblər.