ABŞ Dövlət katibi Entoni Blinken Qazaxıstana Rusiya ilə bağlı xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Blinken rusların girdikləri yerdən çətin çıxdıqlarını deyib.
O, Qazaxıstanın ölkədəki iğtişaşları yatırmaq üçün xarici qoşun dəvət etməsindən sonra Rusiyanın buradakı təsirini azaltmağın çətin olacağını söyləyib:
“Yaxın tarixdən bir dərs də budur ki, ruslar evinizə girdikdən sonra onları oradan çıxarmaq bəzən çox çətin olur”.