PKK terrorçuları Sincarda terrorçunun heykəlini qoymağa çalışıblar.
Teleqraf.com xəbər verir ki, Türkiy' ordusunun dron əməliyyatı nəticəsində məhv etdiyi Zəki Şnkali kod adlı İsmayıl Özdənin heykəli Sincar ərazisində qoymağa cəhd edilib.
Lakin İraq rəsmiləri bu addıma maneə olmağa başlayıb.
Bundan sonra PKK qüvvələri ilə Bağdada bağlı ordu arasında gərginlik bəzi bölgələrdə silahlı qarşıdurmaya çevrilib.
Qeyd edək ki, hazırda Sincar bölgəsi PKK-nın əsas mərkəzlərindən sayılır. Ərazi İraq dövlətinin suverenliyinə daxildir və Suriyaya yaxındır. Bu, terrorçulara imkan verir ki, İraq-Suriya arasında əlaqə saxlaya bilsinlər.