Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri fevralın 3-də gözlənilir.
Teleqraf.com-un məlumatına görə, fevralın 3-də həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın R.T.Ərdoğanın yaxın vaxtlarda Ukraynaya səfər edəcəyini bildirib.
Onun sözlərinə görə, səfər zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş planlaşdırılır.