24 Yanvar 2022 08:25
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançıları Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəd yaxınlığında yerləşən Cizan şəhərinə ballistik raket hücumu həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə mələumatı Al Arabiya telekanalı yayıb.

Bildirilir ki, bu, husilərin sənaye zonasında mülki şəxslərə üçüncü hücum cəhdidir. Raket hücumu nəticəsində Sudan və Banqladeş vətəndaşı olan iki nəfər yüngül xəsarət alıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası məlumat verib ki, krallığın hava hücumundan müdafiə sistemləri "Ənsar Allah" nümayəndələrinin Yəmənin şimal-qərbindəki Əl-Cəvf əyaləti ərazisindən havaya qalxan iki PUA ələ keçirib və məhv edib.


Müəllif: Teleqraf.com