“Rusiya özünü elan etmiş Donetsk və Luqansk respublikalarına (separatçı – red.) müəyyən növ silahlar göndərməklə onlara dəstək verməlidir”.
Teleqraf.com xəbər verir ki, bu çağırışla Rusiya Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak çıxış edib.
“Hesab edirəm ki, bu şərtlər daxilində Rusiya Luqansk və Donetsk respublikalarına onların müdafiə qabiliyyətini artırmaq və Kiyevin açıq-aşkar hazırladığı hərbi təcavüzün qarşısını almaq üçün müəyyən növ silahların tədarükü şəklində lazımi yardım göstərməlidir”, - Turçak bildirib.
Bundan əvvəl Donetskdəki separatçıların başçısı Denis Puşilin Kiyevin atacağı hərbi addımlara qarşı hazır olduqlarını deyib. O vurğulayıb ki, bölgədə artıq bir sıra təlimlər keçirilib.