31 Yanvar 2022 09:41
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin kabineti bu gün toplanacaq.

Teleqraf.com xəbər verir ki, iclasda Rusiya-Ukrayna gərginliyi gündəmin əsas mövzularından biri olacaq.

Kabinetin əsas gündəm mövzuları Rusiya-Ukrayna gərginliyində son durum, Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri, Rusiya lideri Vladimir Putinlə görüşə hazırlıq və Şərqi Aralıq dənizindəki proseslər olacaq.

Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda Rusiya-Ukrayna gərginliyindəki son vəziyyət müzakirə olunacaq. Türkiyə liderinin fevralın 3-də Ukraynaya səfərinə baxılacaq. Regionda gərginliyin azaldılması istiqamətində aparılan diplomatik işlərlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə olunacaq.

Gərginliyin qarşı tərəfi olan Rusiya ilə danışıqlar da gündəmdə olacaq. Prezident Ərdoğanın Türkiyəyə dəvətini qəbul edən Putinin səfərinə hazırlıq müzakirə ediləcək.

Təbii qaz mövzusunda bölgədə yarana biləcək yeni ittifaqlar qiymətləndiriləcək. Bu çərçivədə İsrail Prezidenti Hersoqun Türkiyəyə səfərinə də baxılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər