31 Yanvar 2022 09:32
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Donbas təmas xətti istiqamətində 120 min əsgər və hərbi təchizat yerləşdirib.

Teleqraf.com xəbər verir ki, Ukrayna ordusunun əsas qüvvəsi Svitlodarsk bölgəsinə cəmləşib.

2014-cü ildən rusiyapərəst separatçılarla Ukrayna arasında qarşıdurmaların davam etdiyi Donbasda Rusiya və ABŞ-ın çəkişmələri ilə regionda genişmiqyaslı müharibənin başlanması ehtimalını bütün dünya narahatlıqla izləyir.

ABŞ və bəzi Qərb ölkələrinin Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığı iddiaları və Rusiyanın bu iddiaları rədd etməsinə baxmayaraq bölgədə hərbi fəallığın artması diqqətin yenidən Donbasa yönəlməsinə səbəb olub.

Bildirilir ki, Ukrayna ordusu Donbas təmas xəttinə 120 min əsgər və hərbi texnika göndərib.


Müəllif: Nemət

Oxşar xəbərlər