Portuqaliyada dünən keçirilən növbədənkənar parlament seçkilərində 2019-cu ildən bəri koalisiya hökumətində azlıqda olan Sosialist Partiyası qalib gəlib.
Teleqraf.com xəbər verir ki, partiya lideri və Baş nazir Antonio Kosta 230 yerlik parlamentdə 117-118 deputatla ölkəni növbəti 4 il idarə edəcəklərini bildirib.
“Bu, təvazökarlığın, inamın və sabitliyin qələbəsidir. Etiraf etməliyəm ki, bu gecə mənim üçün çox özəldir”, – baş nazir qeyd edib.
Kosta bu seçkiləri etimad səsverməsi kimi gördüyünü və portuqalların növbəti 4 il üçün socialist hökumətinə səs verdiyini vurğulayıb.