1 Fevral 2022 10:10
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya diplomatiyadan uzaqlaşaraq Ukraynaya hücum etməyi seçsə, bütün məsuliyyəti öz üzərinə götürəcək və bu addım sürətli və ciddi nəticələrə gətirib çıxaracaq”.

Teleqraf.com xəbər verir ki, bunu Prezident Co Bayden ABŞ-ın tələbi ilə Rusiya-Ukrayna böhranının həlli üçün bu gün keçirilən BMT Təhlükəsizlik Şurasının iclası ilə bağlı yazılı açıqlamasında bildirib.

Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidinin bütün təfərrüatlarının təqdim edildiyini ifadə edən Bayden deyib ki, Rusiyanın Ukraynaya təcavüzü təhlükəsinin bütün nəticələrini təkcə Ukrayna üçün deyil, beynəlxalq ictimaiyyət üçün elan edirlər.

“ABŞ və müttəfiqlərimiz, əgər Rusiya təhlükəsizlik problemlərimizi dinc, dialoq yolu ilə həll etməkdə səmimi olarsa, vicdanla işləməyə davam edəcək”, - Bayden deyib. Əlavə edib ki, Rusiya diplomatiyadan üz döndərərək Ukraynaya hücum etməyi seçsə, bütün məsuliyyəti öz üzərinə götürəcək və bu addım tez və ciddi nəticələrə gətirib çıxaracaq.

Bayden elan edib ki, ABŞ və müttəfiqləri istənilən ssenariyə hazırlaşmaqda davam edir: “Dünya Rusiya təhlükəsinə qarşı dəqiq mövqe tutmalı və bu təhlükənin yarada biləcəyi bütün risklərə cavab verməyə hazır olmalıdır. Təhlükəsizlik Şurasının bugünkü iclası dünyanı vahid mövqedən çıxış etməyə çağırmaq üçün mühüm addımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər