2 Fevral 2022 19:27
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada ötən il oktyabrın sonunda həyatını itirən anasının cəsədini gizlədən qadın həbs edilərək həbsxanaya göndərilib.

Teleqraf.com xəbər verir ki, Yaponiyanın Miyaqi prefekturasında yaşayan qadın ölmüş anasının cəsədini evdə gizlətməkdə ittiham olunur.

Polisin məlumatına görə, 49 yaşlı Yui Satonun bəzi qohumları 80 yaşlı anasından uzun müddət xəbər ala bilmədiyi üçün sosial xidmət orqanlarına məlumat veriblər. Şübhəli şəxsin evinə gedən səlahiyyətlilər evdə qadın meyiti ilə qarşılaşıblar.

Ölümlə bağlı səlahiyyətlilərə məlumat verməməkdə şübhəli bilinərək həbs edilən Sato anasının ötən ilin oktyabrında dünyasını dəyişdiyini etiraf edib. Meyitin üzərində döyülmə əlamətlərinin olmadığını açıqlayan polis, ölümün dəqiq səbəbini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanıldığını açıqlayıb.

Bildirilib ki, Sato anasının təqaüdünü almağa davam etmək üçün ölüm barədə rəsmi orqanlara məlumat verməyib.


Müəllif: Nemət

Oxşar xəbərlər